Suraxanıda qadını vurub qaçan naməlum sürücü axtarılır

Suraxanıda qadını vurub qaçan naməlum sürücü axtarılır

Suraxanı rayonunda 62 yaşlı qadını avtomobil vurub. SİA xəbər verir ki, hadisə Hövsan qəsəbəsində “Həyat” marketinin yaxınlığında baş verib.

Belə ki, minik avtomobili 62 yaşlı Ovçuyeva Gülsənəm Sədrəddin qızını vuraraq qaçıb. Yaralı xəstəxanaya çatdırılıb. Ona hər iki baldırın və belin əzilməsi diaqnozu qoyulub.

G.Ovçuyevaya ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün tapılması istiqamətində araşdırma aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə