Hacıqabul rayon sakini döyülüb. “Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Qızılburun kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1992-ci il təvəllüdlü Eyvazov Mikayıl Sərvər oğlu tanıdığı şəxslər tərəfindən döyülərək müxtəlif dərəcəli xəsarətlər alıb.
O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB