3 nəfər dənizdə batıb

Neftçalada 3 gənc Xəzər dənizində çimərkən batıb. Rayon icra hakimiyyətindən SİA-nın Aran bürosuna bildiriblər ki, hadisə rayonun Yeniqışlaq kəndi ərazisində Baş Mil-Muğan kollektorunun Xəzər dənizinə tökülən hissəsində baş verib.

Həsənabad qəsəbə sakinləri 1993-cü il təvəllüdlü Fariz Alkişiyev, 1990-cı il təvəllüdlü Fərid Babayev və 1992-ci il təvəllüdlü Şəhriyar Nəcəfov Xəzər dənizində çimərkən batıblar. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Dalğıc axtarış qrupu cəlb olunub.

Hazırda həmin şəxslərin meyitinin tapılması istiqamətində axtarışlar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə