Fəlakətin baş verəcəyi gün deyilib- FOTO

Fəlakətin baş verəcəyi gün deyilib- FOTO
Rusiyanın elm xadimləri fəlakətin tarixini açıqlayıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, elm xadimləri bildiriblər ki, 13 aprel 2036-cı ildə dünyada milyonlarla insan öləcək.

Saatda 37 min kilometrdən çox sürətlə hərəkət edən "Apophis" asteroidinin 2036-cı ilin aprelin 13-də Yer planeti ilə toqquşa biləcəyi iddia edilir. Məlumata görə, bu toqquşma milyonlarla insanın ölümünə səbəb ola bilər.

Rusiyalı astronomlar isə 274 metr enliliyindəki "Apophis"in Yer planeti ilə 25 il ərzində toqquşacağı ifadə edilib.

Dünyaya Yaxın Cisimlər Proqramı idarəçisi Donald Yeomans isə bu ehtimalın çox az olduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə