“KAMAZ” “VAZ-2106” ilə toqquşub: sürücünün qolu qopub

Şəmkir rayonunda ağır yol qəzası baş verib.

SİA-nın bölgə muxbirinin verdiyi məlumata əsasən, hadisə “Şəmkir GERS” adlanan ərazidə qeydə alınıb.

“VAZ 21 06” markalı avtomobil “KAMAZ” markalı yük maşını ilə toqquşub. Hadisə zamanı “VAZ-2106”-nı idarə edən Namazov Ələsgər Əli oğlu ağır bədən xəsarətləri alıb. Həkimlər sürücünün qolunu amputasiya edib. İlkin məlumata görə qəzaya yüksək sürət səbəb olub.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub, qəzanın səbəbləri dəqiqləşdirilir.

İ.Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə