Gəncədə bıçaqlanma faktı qeydə alınıb. SİA-nın bölgə muxbirinin verdiyi məlumata görə, hadisə dünən gecə saatlarında qeydə alınıb.
Samux rayon sakini 2002 ci il təvəllüdlü Hüseynov Zakir İsmayıl oğlu naməlum şəraitdə bıçaqlanıb. Yaralı ətrafdakıların köməyi ilə Gəncə şəhərindəki xəstəxanalardan birinə aparılıb. Reanimasiya şöbəsinə yerləşdirilən şəxsin bel nahiyyəsindən 3 bıçaq zərbəsi aldığı bildirilir. Hadisəni törədən şəxs və ya şəxslərin kimliyi hələlik bilinməsə də Zakir Hüseynovun toy mərasimindən çıxanda bıçaqlandığı deyilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırmalara başlanılıb.
İ.Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB