Bakıda ağırçəkili şəxsin həkimə çatdırılmasına yardım edildi

Bakıda ağırçəkili şəxsin həkimə çatdırılmasına yardım edildi

Bakıda ağırçəkili şəxsin evdən çıxarılmasına yardım edilib. Belə ki, Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda ağırçəkili 1 nəfərin mənzildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilməsi üçün müraciət daxil olub. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə