Bakıda ölümlə nəticələnən yol qəzası baş verib

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib

Nərimanov rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 11-də saat 13 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Paşa Qəribzadə idarə etdiyi "Honda" markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş sürücü orada həyatını itirib.

Bütün xəbərlər Facebook səhifəmizdə