Daşkəsən rayonunda fəhlə iş qəzasında həyatını itirib. Daşkəsən rayon Prokurorluğu və Polis İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, hadisə dünən baş verib.
Belə ki, Filiz Saflaşdırma Kombinatında yükləyici işləyən Daşkəsən sakini, 1970-ci il təvəllüdlü Lətif Əlirzayev bunkerdən boşalan konsertantın altında qalıb. İlkin məlumatlara görə, adıçəkilən şəxs yük boşalan zaman bunkerin yaxınlığında olub. Konsertantın üstünə tökülməsi nəticəsində Lətif Əlirzayev havasızlıqdan dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB