Yevlax -Bərdə yolunda hərəkətdə olan “KİA Cerato” markalı avtomobil ağaca çırpılıb.
SİA APA-ya istinadən xəbər verir ki, "Qarabağ" kafesinin yaxınlığında baş verən hadisə zamanı idarəetmədən çıxan avtomobil sonra dərəyə aşıb.
Hadisə nəticəsində sürücü maşında tək olub və o, ağır xəsarətlərlə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Sürücünün koma vəziyyətində olması səbəbindən şəxsiyyəti hələ ki, müəyyənləşdirilməyib.
Faktla bağlı araşdırma başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB