Saatlıda 16 yaşlı oğlan kanalda batıb

Saatlıda 16 yaşlı oğlan kanalda batıb

Saatlıda 16 yaşlı oğlan kanalda çimərkən batıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Qaranuru kəndində qeydə alınıb. Kənd sakini Fərid Cəfərli kanalda çimərkən boğulub. Onun meyiti Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə