Samux rayonunda ağır yol qəzası baş verib. SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə Samux-Gəncə avtomobil yolunun 1-ci kilometrliyində baş verib.
“Opel” markalı avtomobillə “VAZ-2107” markalı maşın toqquşub. Baş verən qəza nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb. Ölən şəxs “VAZ”ın sürücüsü 1946-cı il təvəllüdlü Elham Mikayıl oğlu Nəsibovdur. “Opel”in sürücüsü isə Nicat İlqar oğlu Məhərrəmovdur. İlkin araşdırmalara görə, qəzaya hər iki avtomobilin yüksək sürətlə hərəkət etməsi səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB