"Ağ çiçəyim"in Xalqlar Dostluğu Metrostansiyası yaxınlığında olan mağazası yanır. SİA-ya bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilib ki, səhər saatlarından gül mağazasında yanğın başlayıb.
Əraziyə yanğınsöndürənlər cəlb edilib.
Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı məlumat yayıb. Məlumatda deyilir ki, Nizami rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli mağazanın mansardasının yanar konstruksiyaları, şüşə pambıq üzlüyü və mansardaya yığılan əşyalar 70 m² sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB