Bakıda mağazadan geyim əşyaları oğurlayan şəxslər saxlanıldı

Bakıda mağazadan geyim əşyaları oğurlayan şəxslər saxlanıldı

İyulun 5-də saat 19 radələrində Nəsimi rayonu ərazisindəki ticarət mərkəzlərinin birindəki mağazadan açıq talama yolu ilə 138 manat dəyərində geyim əşyalarının aparılması barədə 22-ci Polis Şöbəsinə müraciət daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb və qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini R.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə