Cəlilabadda yol qəzası olub

Cəlilabad rayonunda avtomobil qəzası baş verib. "Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Əsədli kəndi ərazisində qeydə alınıb. Belə ki, minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində rayonun Cəfərxanlı kənd sakinləri - 1984-cü il təvəllüdlü İsmayılov Şükür Əlgüşad oğlu və 1993-cü il təvəllüdlü Qubadlı Pərviz Sakit oğlu xəsarət alıb.

Yaralılar xəstəxanaya aparılıb və onlara müvafiq tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə