Evdən qızıl oğurlayan yaxalandı

Evdən qızıl oğurlayan yaxalandı

Evdən qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 2-də rayon ərazisindəki evlərin birindən 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Rzayev saxlanılıb.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə