Bakı şəhər sakini A.İsmayılov bu il yanvarın 25-də paytaxt sakini L.Əliyeva tərəfindən aldadılaraq 43 min ABŞ dollarının alındığını bildirib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, müraciətlə əlaqədar Səbail Rayon Polis İdarəsində müvafiq araşdırmalar aparılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
Əməliyyat-axtarış tədbirləri ilə L.Əliyeva polis əməkdaşları tərəfindən saxlanılıb.
Onun cari ilin mart ayında Bakı şəhər sakini olan daha bir qadını aldadıb 4 min manatını alması da müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB