Ticarət mərkəzinin yuxarı mərtəbəsindən yıxılan uşaq dünyasını dəyişib

Ticarət mərkəzinin yuxarı mərtəbəsindən yıxılan uşaq dünyasını dəyişib

Gəncədə bədbəxt hadisə baş verib.

SİA xəbər verir ki, hadisə şəhərdə yerləşən ticarət mərkəzlərinin birində qeydə alınıb.

Belə ki, şəhər sakini, 2010-cu il təvəllüdlü Əli Rüstəmzadə ticarət mərkəzində hündürlükdən yıxılıb. Azyaşlı dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə