İranın Qərbi Azərbaycan vilayətinin Xoy-Evoğlu avtomagistralında ağır yol-nəqliyyat hadisəsi baş verib. İnsidentdə 5 nəfərin öldüyü bildirilir. SİA İranın Mehr agentliyinə istinadən xəbər verir ki, ölkənin təcili yardım təşkilatının rəsmi nümayəndəsi Müctəba Xaledinin sözlərinə görə, avtoqəza iki “Samand” markalı minik maşınlarının qarşı-qarşıya güclü şəkildə toqquşması nəticəsində baş verib.
Ölənlərdən başqa daha dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.
Müəllif: Rövşən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB