Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan SİA-ya bildiriblər ki, narkotik tərkibli çətənə kolları əkib-becərən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Şəhər sakini, 39 yaşlı Nəsimi Hüseynovun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman dibçəklərdə kultivasiya yolu ilə becərilmiş, ümumi çəkisi 6 kiloqram 674 qram olan 27 çətənə bitkisi aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB