Fevralın 7-də naməlum şəxs Ə.Əliyev küçəsində yaşayan Marina Tsukermana bıçaqla hədə-qorxu gələrək mobil telefonunu, içərisində bankomat kartı və pulu olan portmanatı alaraq qaçıb. Bakı şəhər BPİ mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Bakı şəhər BPİ CAİ, Nərimanov RPİ CAŞ və NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən, Bakı şəhər sakini Zaur Musayev fevralın 9-da tutulub.
Fevralın 9-u saat 02:30 radələrində Pirallahı qəsəbəsi Fioletov küçəsində yaşayan Arkadiy Panomarenko çoxsaylı bıçaq xəsarətləri ilə sərxoş vəziyyətdə yaşadığı mənzildən 3 saylı xəstəxanaya gətirilib. Xəzər RPİ 3-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisədə şübhəli bilinən Pirallahı qəsəbə sakini Fariz Canağayev fevralın 9-da yaxalanıb.
Nizami RPİ 25-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Emin Quliyevdən 202,841 qram nakotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Yasamal RPİ 26-cı PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Ramin Məmmədovdan 46,37 qram nakotik vasitə olan tiryək aşkar edilərək götürülüb.
Fevralın 9-da Babək prospektində yerləşən sağlamlıq mərkəzində Rusiya Federasiyasının vətəndaşı Andzor İbrahimovun cibindən 50 min rus rublu, şəxsi sənədləri və mobil telefonu oğurlanıb. Xətai RPİ 37-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər Səbinə Məmmədova və Ağca İsmayılova saxlanlıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB