Hövsan Dəniz Limanında faciə

Bakıda dəniz limanında ölüm hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə Hövsan Dəniz Limanında baş verib. "Hestinq-İnterprayz Corporation" şirkətin Azərbaycanda fəaliyyət göstərən nümayəndələri tərəfindən Gürcüstandan Qazaxıstana dondurulmuş toyuq budları göndərərkən Hövsan Dəniz Limanında konteynerlərin kranla gəmiyə yüklənməsi zamanı orada fəhlə işləyən, 1988-ci il təvəllüdlü Bünyadov Ədalət Məhəmmədfüzuli oğlu iki konteynerin arasında sıxılmış vəziyyətdə qalıb.

Ə.Bünyadov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsini qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə