Traktorun aşması nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb
İmişli rayonunda bədbəxt hadisə baş verib.
SİA xəbər verir ki, İmişli-Bəhrəmtəpə magistralında traktorun aşması nəticəsində rayonun Hacıalmuradlı kənd sakini, 1959-cu il təvəllüdlü Əhmədov Lənkəran Hümmət oğlu hadisə yerində ölüb.
Traktorda olan digər Hacıalmuradlı kənd sakini, 1963-cü il təvəllüdlü Cəfərov Əlmədət Hüsən oğlu xəsarət alaraq İmişli Rayon Xəstəxanasına yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB