Göygöldə 56 yaşlı kişi bıçaqlanıb

Göygöldə 56 yaşlı kişi bıçaqlanıb

Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə rayonun Çaykənd kəndində baş verib. Samux rayon sakini, 1963-cü il təvəllüdlü Kərimov Əlirza Bahadur oğlu həmkəndlisi Məhərrəmov Kazım Həmid oğlu ilə mübahisə edib.

Mübahisə zəminində K.Məhərrəmov Ə.Kərimovu bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə