Güclü sel və daşqın Türkiyənin Samsun bölgəsində ciddi problemlər yaradıb. SİA xəbər verir ki, gecə saatlarından başlayan güclü yağış və fırtına nəticəsində Terme rayonunun Sakarlı və Miliç məhəllələri arasında yerləşən Miliç dərəsi daşıb.
Güclü külək böyük ağacları kökündən çıxarıb. Küçələr, evlərin aşağı hissələri, tarlalar su altında qalıb. Samsun rəhbərliyi problemləri aradan qaldırmaq üçün təbii fəlakət bölgəsinə ağır texnika cəlb edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB