34 yaşlı kişi kombaynın altında qalıb

Ağstafada yerli sakin ehtiyatsızlıqdan ağır xəsarət alıb. "Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Yaradullu kənd sakini, 34 yaşlı Turxan Hüseynov taxıl sahəsində biçin zamanı kombaynın altında qalıb. O, ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, biçin zamanı kombaynda nasazlıq yaranıb. T.Hüseynov nasazlığı düzəltmək istəyən zaman kombaynın mühərriki işə düşüb və onun üstünə çıxıb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə