Bakıda avtobus qəzasında xəsarət alanların şəxsiyyəti məlum oldu

Bakıda avtobus qəzasında xəsarət alanların şəxsiyyəti məlum oldu

Bakının Zığ qəsəbəsində marşrut avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alan qadınların şəxsiyyəti məlum olub.

SİA-nın məlumatına görə, hadisə nəticəsində xəsarət alan 1984-cü il təvəllüdlü Məmmədova Sülahət Təbriz qızı və 1975-ci il təvəllüdlü Həsənova Könül İmamverdi qızı qapalı kəllə-beyin travması ilə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onlardan K.Həsənovanın vəziyyəti ağır qiymətləndirilir.

Hadisə nəticəsində xəsarət alan digər qadın, 1984-cü il təvəllüdlü Zeynalova Aysel Sultay qızı isə Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

Xatırladaq ki, paytaxtın Xətai rayonu, Zığ yolunda 104 saylı marşrut avtobusu qəzaya uğrayıb. Hadisə nəticəsində 3 qadın xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə