Masallı Rayon Telekommunikasiya Qovşağının binasında baş verən güclü partlayışda xəsarət alanlar var
Masallı rayonunda Telekommunikasiya Qovşağının binasında güclü partlayış baş verib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, bu gün saat 14.40 radələrində, Rayon Telekommunikasiya Qovşağının binasında baş verən partlayışın təsirindən dördmərtəbəli binanın divarlarının bir hissəsi tamam dağılıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional İdarəsinin xilasediciləri tərəfindən indiyədək dağıntılar arasından 3 nəfər çıxarılıb. FHN Cənub Regional İdarəsinin əməkdaşı Zaur Hüseynovun məlumatına görə, xəsarət alanlar dərhal Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Dağıntıların altında daha 2 nəfərin qalması ehtimal edilir. Onlardan biri kişi, o birisi isə qadındır. Hadisə yerində xilasetmə tədbirləri görülür. Binada yanğın baş veməyib. Hadisənin başvermə səbəbləri barədə hələlik dəqiq məlumat yoxdur.
Qeyd edək ki, binaya təbii qaz xətti çəkilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB