Lerikdə iki nəfər qar uçqununda həlak olub

Lerikdə iki nəfər qar uçqununda həlak olub

Fevralın 6-da Lerik rayonunda 2 nəfər qar uçqunu nəticəsində həlak olub. Lerik rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun SİA-nın cənub bürosuna verdiyi məlumata görə, rayonun Babaküçə kənd sakinləri 18 yaşlı Etimad Əvəz oğlu Kazımzadə və 17 yaşlı Bayram Surat oğlu Həşimov ərzaq almaq üçün Babaküçə kəndindən Çayrud kəndinə gedərkən qar uçqunu altında qalıblar.

Hər iki gəncin meyiti tapılaraq valideynlərinə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə