Bakıda kafe yanıb
Bakıda yanğın qeydə alınıb. FHN-dən SİA-ya verilən məlumata görə, şəhərin Yasamal rayonunda ümumi sahəsi 200 m² olan taxta konstruksiyalardan ibarət tikililərin (kafe, çayxana, dönərxana kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisindəki əşyalar 80 m² sahədə yanıb. Tikililərin qalan hissəsi və yaxınlıqdakı binalar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə