Türkiyədə fabrik yanıb

Türkiyənin Kocaeli vilayətinin Çayırova rayonunda yerləşən fabrikin anbarında yanğın olub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, böyük bir ərazini əhatə edən yağını söndürmək üçün 30 yanğınsöndürən maşın cəlb olunub.

Baş verən yanğını 4.5 saat ərzində lokallaşdırmaq mümkün olub. Məlumata görə, bu gün fabrikə işləmək üçün gələn 30 işçidən 4-nün yanmış cəsədi tapılıb. Daha 5 nəfər yaralı şəkildə xəstəxanalara yerləşdirlib.

Yanğının hansı səbəbdən baş verdiyi bəlli deyil. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə