Şəki rayonunun Baş Göynük kənd sakininin qaçırılmış avtomobili saxlanılaraq təhvil verilib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, iyunun 5-də Şəki rayonunun Baş Göynük kənd sakini H.Səmədov ŞRPŞ-yə müraciət edərək həmin gün ona məxsus "Renault" markalı avtomobilin qaçırılmasını bildirib.
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən avtomobil onu idarə edən şəxslə birgə Qırxbulaq kəndi ərazisində saxlanılaraq ŞRPŞ-yə təhvil verilib.
Araşdırma aparılır.
Bundan başqa nazirliyin məlumatına görə, iyunun 5-də Gədəbəy rayonunun Slavyanka kəndi ərazisindən Maarif kənd sakini T.Xəlilova məxsus "VAZ-21074" markalı avtomobil qaçırılıb.
Gədəbəy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Qasımlı kənd sakini, əvvəllər məhkum olunmuş R.Mahmudov avtomobillə birgə saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB