Misirdə İsraili yanacaqla təmin edən qaz kəmərində partlayış olub. SİA-nın verdiyi xəbərə görə, hadisə Şimali Sinay əyalətindəki Əl-Ariş şəhərinin yaxınlığında baş verib. Bu ərazi Qəzza sektorunun təqribən 10 kilometrliyində yerləşir.
Qaz kəmərini naməlum şəxslər tərəfindən partladıldığı bildirilir. Obyektin nə qədər ciddi zədələndiyi barədə məlumat verilmir. Bununla yanaşı, kəmərlə qazın ötürülməsi dayandırılıb, partlayış baş verən yerdə isə yanğın başlayıb.
Şimali Sinay əyalətinin qubernatoru televiziya ilə çıxışında bildirib ki, partlayış baş verən yerin yaxınlığındakı yaşayış məhəllələri hadisə zamanı zərər çəkməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB