Qadın metropoliten stansiyasında hərəkətdə olan qatarın altına yıxılıb

Qadın metropoliten stansiyasında hərəkətdə olan qatarın altına yıxılıb

Moskva metropoliteninin “Dmitrovskaya” stansiyasında qatarın altına yıxılan pensiyaçı xanım həlak olub.

SİA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Moskva Metropolitenində Daxili İşlər idarəsinin mətbuat katibi Aleksey Mışlyayev məlumat verib.

Daha əvvəl paytaxt metropoliteninin Twitter səhifəsi məlumat yayıb ki, Serpuxovsk-Timiryazevsk xəttindəki “Çexovsk” stansiyasından “Vladıkino” stansiyasına qədər olan məsafədə hərəkət sərnişinin relslər üzərinə yıxılması səbəbindən dayandırılıb. Məlumatda deyilir: “04 iyun Moskva vaxtilə saat 22:34-də paytaxt Metropoliteninin “Dmitrovsk” stansiyasında sərnişinlə bağlı insident yaşanıb. Nəticədə təxminən 60 yaşlarında olan qadın stansiyaya daxil olan qatarın altına yıxılıb. Mövcud şəraiti görən maşinist əyləci sıxsa da qatarı saxlamaq çətin olub və o, qadını vurub”.

Polis dərhal təcili tibbi yardım çağırıb. Qadın qəza anında həyatını itirib.

Hadisə ilə bağlı yoxlamalar aparılır. Baş vermiş insidentlə bağlı informasiya prokurorluğa göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə