Dolu Qusarın Ləzə kəndində fəsadlar törədib

Dolu Qusarın Ləzə kəndində fəsadlar törədib

İyunun 4-də şimal bölgəsinin dağlıq ərazilərində yağan güclü dolu Qusar rayonunun Ləzə kəndində fəsadlar törədib.

SİA xəbər verir ki, doludan sonra yaranan palçıq axını kəndin yollarına və təsərrüfatına ciddi ziyan vurub. Palçıq kütləsi kartof sahələrini yararsız hala salıb.

Hadisə ilə əlaqədar Qusar Rayon Fövqəladə Hallar komissiyası məlumatlandırılıb. Yollarda palçığın təmizlənməsi üçün əraziyə müvafiq texnika cəlb olunub.

“Şəlalələr diyarı” adlandırılan Ləzə kəndi Azərbaycanda xarici turistlərin və eyni zamanda, Bakı şəhər əhalisinin ən çox səyahət etdiyi turizm məkanlarındandır.

Bütün xəbərlər Facebook səhifəmizdə