Yasamalda çoxmərtəbəli bina yanır

Yasamalda çoxmərtəbəli bina yanır

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-dən SİA-ya verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

İlkin məlumata əsasən, yaşayış binasının 9-cu mərtəbəsində mənzil yanır. Hazırda yanğının yayılmasının qarşısı alınıb, digər zəruri tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə