Gəncədə marketdə partlayış olub

Gəncədə marketdə partlayış olub

Gəncədə marketlərdən birində partlayış baş verib. SİA-nın Gəncə bürosundan verilən məlumata görə, hadisə Şah İsmayıl Xətai prospektində baş verib.

Nəticədə marketdə çalışan 1987-ci il təvəllüdlü Məmmədov İman Namiq oğlu ağır yanıq xəsarətləri alıb. Onun üz və əl nahiyyələrinin ağır yandığı bildirilir. Resanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağırdır.

Qeyd edək ki, hadisə qaz partlaması nəticəsində baş verib. 32 yaşlı İman Məmmədov həmin marketdə kürəçi işləyirmiş.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə