Şəmkir rayonunda dəhşətli qətl hadisəsi baş verib. Şəmkir rayon Polis İdarəsi və Prokurorluğundan SİA-nın bölgə müxbirinə verilən məlumata görə, rayon sakini, 1980-ci il təvəllüdlü Elnur Abbasov, həyat yodaşı 1987-ci il təvəllüdlü Ləman Abbasovanın başını kəsib.
Rayonun Şiştəpə kəndində baş verən hadisədən sonra qətli törədən şəxs həbs olunub. İlkin dindirilmə zamanı məlum olub ki, hadisəyə səbəb ailə münaqişəsi olub.
Bildirək ki, Abbasovlar ailəsinin 2 övladı var.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2 (xüsusi amansızlıqla qəsdən adamöldürmə) maddəsi ilə iş açılıb. Araşdırma davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB