Bakıda yataqxanada yanğın olub, sakinlər təxliyə edilib

Bakıda yataqxanada yanğın olub, sakinlər təxliyə edilib
Binəqədidə yataqxanada yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində ümumi sahəsi 36 kv.m olan 2 otaqlı mənzilin 1 otağında çarpayı və yataq dəsti yanıb. Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə