Paytaxtın Nəsimi rayonunda məktəbli qız itkin düşüb. SİA-nın məlumatına görə, aprelin 26-da Nəsimi rayonu 4-cü mikrorayon ərazisində yerləşən 5 nömrəli məktəbin şagirdi Aydan Əliyeva dərsdən geri qayıtmayıb.
A.Əliyeva son dəfə aprelin 27-də səhər saat 5:00 radələrinda Binəqədi rayonu Zərifə Əliyeva parkının yanında gəzərkən yaxınlıqdakı marketin kameralarına düşüb.
Onu görən şəxslərdən Daxili İşlər Nazirliyinin "102” qaynar xəttinə zəng etmələri xahiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB