Goranboyda ər arvadını bıçaqlayıb

Goranboyda ər arvadını bıçaqlayıb

Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib. "Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun 1978-ci il təvəllüdlü Dəliməmmədli şəhər sakini K.Tağıyeva ailə münaqişəsi zəminində əri tərəfindən bıçaqlanıb.

Döş qəfəsindən bir neçə bıçaq yarası alan qadın Gəncə şəhərindəki xəstəxanaların birinə yerləşdirilib. O, cərrahiyyə əməliyyatı olunub və vəziyyəti sabitdir. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə