Yanıq xəsarətləri alan Samux sakini dünyasını dəyişib

Yanıq xəsarətləri alan Samux sakini dünyasını dəyişib

Samux rayonun Kolayır kəndində, Vəkil Əliyevə məxsus evdə yanğın hadisəsi baş verib. Rayon Yanğından Mühafizə Xidmətindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, evin bir qismi yararsız vəziyyətə düşüb.

Hadisə zamanı ev sahibi də yanıq xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən V.Əliyev həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə