Gəncədə kişi həyat yoldaşını avtomobillə vurub öldürdü. Axar.az-ın Gəncə müxbirinin məlumatına görə, hadisə bu il aprelin 3-də baş verib. Şəhər sakini 1961-ci il təvəllüdlü Eldar Abbasov özünə məxsus "Jiquli" ilə qəsdən həyat yoldaşı 1968-ci il təvəllüdlü Sevinc Abbasovanı vurub. Qadın xəstəxanaya yerləşdirilsə də, tibbi yardımlara baxmayaraq bu gün dünyasını dəyişib. E. Abbasov isə hadisədən sonra sirkə turşusu içərək intihara cəhd etmişdi. O da xəstəxanaya yerləşdirilsə də, sağalandan sonra hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırmalar aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə
                        
                                                    
                    
    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
    .jpg)
.jpg)

        
    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
 USD
 EUR
 GBP
 RUB