Lənkəran mebel fabriki yanıb

Lənkəran mebel fabrikində yanğın Baş verib. Bu barədə SİA-nın cənub bürosuna Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən məlumat veriblər. Məlumata görə, hadisə bu gün saat 10.00 radələrində qeydə alınıb. Təcili hadisə yerinə 2 yanğınsöndürən maşın göndərilib və onların səyləri ilə yanğının qarşısı alınıb.

Hadisə nəticəsində fabrikə ciddi ziyan dəyməyib. İlkin versiya kimi hadisəyə müəssisədə mövcud olmuş mazutun alşması göstərilir.

Əlavə edək ki, vaxtilə cənub bölgəsinin ən böyük mebel müəssisəsi olan fabrik hazırda fəaliyyət göstərmir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə