Ötən il cənub bölgəsində 9 kiloqramdan çox narkotik vasitə müsadirə edilib

Ötən il cənub bölgəsində 9 kiloqramdan çox narkotik vasitə müsadirə edilib

Cənub bölgəsində 2010-cu il ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 47 cinayət faktı üzrə ümumi çəkisi 9 kiloqram 211qram narkotik vasitə müsadirə edilib.

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsi üzrə Regional şöbəsindən SİA-nın cənub bürosuna verilən məlumata görə, hesabat dövrü ərzində qeydə alınan 47 cinayət işi üzrə 36 nəfər tutulub ki, onlardan 1-i İran İslam Respublikasının vətəndaşı olub.

Regional şöbənin əməkdaşlarının dövriyyədən çıxardığı 9 kiloqram 211 qram narkotik vasitənn ən çoxu Cəlilabadda-3 fakt üzrə 3 kiloqram 620 qram, Lənkəran rayonunda isə 38 fakt üzrə 3 kiloqram 331 qram təşkil edib. Narkotik maddələrin qanunsuz dövriyyəsinə aid faktların 4-ü qaçaqmalçılıqla bağlı olub.

Qeyd edək ki, 2009-cu ildə cənub bölgəsi üzrə 55 fakt üzrə 111 kiloqram 676 qram narkotik vasitə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə