Hacıqabulda iki maşın toqquşub, dörd nəfər xəsarət alıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə magistral avtomobil yolunda qeydə alınıb. “41 BC 119” dövlət nömrə nişanlı “Mercedes” markalı maşın “Lada” markalı “K 918 MP 30” Rusiya qeydiyyat nişanlı avtomobillə toqquşub. Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan ikisinə hadisə yerində yardım göstərilib, daha iki nəfər isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB