Maşınla vurulan piyada ölüb Hacıqabulda

Maşınla vurulan piyada ölüb Hacıqabulda

Aprelin 12-də saat 19 radələrində Hacıqabul rayonunun Padar kəndi ərazisində Bakı şəhər sakini B.Əlizadə idarə etdiyi “Range Rover” markalı avtomobillə yolu keçən Ağdaş rayon sakini Xəyal Həmidovu vurub. DİN-in mətbuat xidmətindən SİAy-a verilən məlumata görə, piyada xəstəxanaya aparılarkən yolda ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə