“Mercedes” dərəyə aşıb

Quba-Xınalıq yolunda “Mercedes” markalı maşın dərəyə aşıb. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, hadisə gecə saatlarında yolun 29-cu kilometrliyində qeydə alınıb.

Qəza nəticəsində avtomobilin sürücüsü, Bakı şəhər sakini 1995-ci il təvəllüdlü İbrahim Babayev qapalı kəllə beyin travması ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə