Göyçayda yol qəzası baş verib

Göyçay rayonunda yol qəzası baş verib. "Report"un Şirvan bürosunun məlumatına görə, hadisə dünən axşam saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 194-cü km-də, rayonun Qaraməryəm kəndində qeydə alınıb.

Belə ki, Göyçay rayonunun Şahsoltanlı kənd sakini Şaban İsmayılovun idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili hərəkətdə olarkən qarşı tərəfdən gələn İsmayıllı rayonunun Qubaxəlilli kənd sakini Səbuhi Məmmədovun idarə etdiyi avtomobillə toqquşub.

Qəza nəticəsində sürücülər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə