Biləsuvarda ağır yol qəzası baş verib

Biləsuvarda ağır yol qəzası baş verib

Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. SİA-nın cənub bürosunun məlumatına görə, hadisə yanvarın 22-də saat 21.30 radələrində Ələt-Astara magistralının 120-ci kilometrliyində - Biləsuvar rayonunun Ağalıkənd kəndi ərazisində baş verib.

Lənkəran rayonunun Xarxatan kənd sakini, 32 yaşlı Tariyel Ağaddin oğlu Məmmədov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə piyada, Biləsuvar rayon sakini, 41 yaşlı Mehdixan Sərxoş oğlu Gözəlovu vurub.

Sürücü T.Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri almış M.Gözəlovu dərhal Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Lakin həkimlərin səylərinə baxmayaraq yaralı bu gün dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə